-
- 27-02-2023, 09:54
- 374
“Ailə dağlırsa, günah başqa qadının iblisliyindədir” — Xalq şairi
“Mən evlənəndə 32 yaşındaydım. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir”.
News24.az xəbər verir ki, bu sözləri Xalq şairi Vahid Əziz “Düzünə qalsa…” verilişində deyib.
Onun dediyinə görə, gənclər evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi olarlar:
“Bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nə olub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi.
Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır”.
V. Əziz boşanmaların artdığını bildirib: “Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu, kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!”
Xalq şairi bildirib ki, kişinin vəzifəsi qadını qorumaqdır: “Qadın kimdənsə özünə yaxşı münasibət gözləməkdənsə, özünə dəyər verməlidir. Özü özünü alçatmamalıdır, satmamalıdır. Kişinin də vəzifəsi o qadını qorumaqdır. Amma qadın özü özünü alçaldırsa, sən ona nə cür dəyər verə bilərsən?!”