Azərbaycan xalqı bu əməkdaşlığı çox sevəcək!
    • 27-02-2023, 15:53
    • 302

Azərbaycan xalqı bu əməkdaşlığı çox sevəcək!

Bir “McDonald’s”  menyusunda sizcə, ən ləzzətli olan nədir? Biz bu sualın cavabını çox yaxşı bilirik. Əlbəttə ki, bir-birindən fərqli sousları olan “McDonald’s” menyu-su. Xalqımızın illərdir ki, sevimli markası olan “Bizim Sufre” indi “McDonald’s” ilə bir arada. Əvəzolunmaz bu iki ləzzəti indi ölkəmizdəki bütün “McDonald’s” restoranlarında dada bilərsiniz. Əməkdaşlığımızın ilk mərhələsində McDonald`s menyularının yanında yalnız “Bizim Sufre” pendirli sousu görəcəksiniz, lakin sizə daha bir əla xəbər ondan ibarətdir ki, çox qısa zamanda digər souslar da öz yerini bu məkanda tapacaq. Bəli, bu əməkdaşlıq həmdə qürurlandırır. Böyük gücə sahib qlobal bir şirkətin yerli markamiza olan güvəni və etibarı “Bizim Sufre” markasının inkişafını açıq şəkildə göstərir. Bu səbəbdən əminik ki, Azərbaycan xalqı bu əməkdaşlığı çox sevəcək !
 
“Bizim Sufre”

İstər məhsul müxtəlifliyi ilə, istərsə də bazar anlayışları ilə Azərbaycanın yerli damaq dadına qlobal toxunuşlar edən və Azərbaycanin həm milli, həm də müasir mətbəxinə xitab edən “Bizim Sufre” sousları süfrələrimizin ləzzətinə ləzzət, rənginə rəng qatır. “Bizim Sufre” yarandığı ilk gündən bəri daima yeməklərimizin daha dadlı və iştah açan olması üçün çalışır, məhsulları yerli istehlakçılarin damaq dadına uyğundur. "İştah açır!" sloqanı ilə mesajını olduqca açıq ortaya qoyan “Bizim Sufre” indi də “McDonald’s” sevənləri sevindirir. 

“McDonald’s”: o da artıq bizdən biridir.

“Bizim Sufre” ilə “McDonald’s”-ın bu iş birliyi sektorda dəyərli bir addım kimi qiymətləndirilməlidir.  “McDonald’s”-ı sərhəd tanımayan bir ləzzətin təmsilçisi olaraq bilsək də, eyni zamanda daxil olduğu hər ölkənin mədəniyyətinə asanlıqla uyğunlaşma bacarığına sahibdir. Nəticə etibarilə “McDonald’s”  “Bizim Sufre” ilə qurduğu bu iş birliyi sayəsində artıq çoxdan bizdən biridir. Günümüzdə marketinq anlayışının xülasəsi deyəcəyimiz “think global, act lokal” şüarının ən yeni nümunələrindən biri olan bu əməkdaşlıq, həm “Bizim Sufre”-yə, həm “McDonald’s”-a uğur gətirəcəyindən əminik. Bu münasibətlə həm markaları, həmdə fastfood sevənləri təbrik edirik !