Universitetlərimiz niyə dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir? - Nazirdən AÇIQLAMA
    • 27-02-2023, 17:46
    • 152

Universitetlərimiz niyə dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir? - Nazirdən AÇIQLAMA

Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universiteti çox dar profilli universitetlərdir. Universitet mahiyyət etibarilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir:

"Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıya görə bilməyəcəyik. Çünki, universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən  geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təyin müəssisələrinin adların top 500 siyahısında görmək çətindir".

Məhərrəm ƏLİYEV