Rusiyada avtomobil istehsalı kəskin azaldı
    • 27-02-2023, 18:30
    • 152

Rusiyada avtomobil istehsalı kəskin azaldı

2022-ci ildə Rusiyada avtomobil istehsalı əvvəlki illə müqayisədə 60% azalıb.

News24.az  Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin müavini Albert Kərimov məlumat verib.
Bildirilir ki, ötən il Rusiyada ümumilikdə 620 min avtomobil istehsal edilib. “Rosstat”ın məlumatına görə isə, 2022-ci ildə Rusiyada 450 min minik avtomobili istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 67% azdır.

Ukraynada müharibənin başlamasından sonra Rusiyada avtomobil istehsalı kütləvi şəkildə azalıb. Avropa və Yaponiya şirkətlərinin əksəriyyəti, o cümlədən “Nissan”, “Renault”, “Mazda” və “Volkswagen” Rusiya bazarını tərk edib. Avropa Biznes Assosiasiyasının məlumatına görə, 2022-ci ildə Rusiyada minik avtomobillərinin satışı 58,8% azalaraq 687,4 min təşkil edib.