İki zabitimiz Cənubi Sudanda xidmətə başladı
    • 30-01-2019, 16:52
    • 871

İki zabitimiz Cənubi Sudanda xidmətə başladı

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, zabitlərmiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar. 

Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub. 

//FemidaAz