Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
    • 1-03-2023, 00:10
    • 266

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.

News24.az xəbər verir ki, bu barədə bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur.

Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.