-
- 1-03-2023, 14:07
- 277
İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət olundu
“Bosniya və Herseqovina ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”.
News24.az xəbər verir ki, bu fikri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.
Qonaq Azərbaycanda olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edən Jelka Tsviyanoviç COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.