-
- 1-03-2023, 16:44
- 702
Mal ətinin qiyməti bahalaşdı
Biləsuvar rayonunda mal ətinin satış qiyməti qalxıb.
News24.az xəbər verir ki, artıq bir neçə gündür ki, mal əti bahalaşıb.
Satıcıların sözlərinə görə, bazarda mal ətinin qiymətində 1-2 manat artım var: "İndi mal ətinin 1 kq-ın 13-14 manata satırılır. Əvvəl isə ətin qiyməti 12 manat idi".
Buna səbəb kimi diri mal-qaranın qiymətinin qalxması göstərilir.
Diri mal-qara satıcıları isə deyir ki, rayonda yem bahalaşdığı üçün bu da öz növbəsində diri heyvanların qiymətinə təsir edib: "Hazırda quru yonca bağlamasının qiyməti 6-7 manat arasında dəyişir. Amma keçən il bu qiymət 4-5 manat idi".
Həmçinin satıcıların sözlərinə görə, quzu ətinin qiyməti isə təxminən 1 ay öncə qalxıb.