Füzulidə insan sümükləri aşkarlandı
    • 2-03-2023, 11:44
    • 234

Füzulidə insan sümükləri aşkarlandı

Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.

Bu barədə News24.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.