Lavrovun Bakı səfəri:
    • 2-03-2023, 15:49
    • 111

Lavrovun Bakı səfəri: "Görünən mənzərə odur ki..."

"Bakı və Moskva fəaliyyətlərini aktiv şəkildə koordinasiya etməyə başlayıblar".

News24.az xəbər verir ki, bu sözləri analitik Stanislav Tarasov deyib. Rusiyalı analitikin sözlərinə görə, artıq onlar geosiyasi məsələləri birgə həll edəcəklər.

"Lavrovun bəyanatlarından görünür ki, Rusiya artıq Cənubi Qafqazın geosiyasi peyzajını dəyişməyə başlayır. Yəni, Moskva artıq Bakı ilə münasibətlərdə birinci plana təkcə ikitərəfli ticari-iqtisadi layihələri yox, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizini gətirir. Lavrovun Bakı səfəri ilə bağlı niyyətlərini yaxın günlərdə başa düşəcəyik. Buradan görünən mənzərə odur ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin nizamlanması təşəbbüslərini başqa oyunçunun üzərinə götürməsi Rusiyanı artıq narahat etmir”.

Aynurə