“Bəxtiyarı müdafiə etdiyim üçün hamınızdan üzr istəyirəm”
    • 3-03-2023, 15:00
    • 152

“Bəxtiyarı müdafiə etdiyim üçün hamınızdan üzr istəyirəm”

İctimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi sərt tənqid edib.

News24.az xəbər verir ki, əvvəlcə B.Hacıyev haqqında feysbukda paylaşımlar edən İlkin Rüstəmzadə daha sonra canlı yayım edərək Bəxtiyar Hacıyevi “seksual manyak” adlandırıb və indiyədək onu müdafiə etdiyinə görə hər kəsdən üzr istəyib.

“Bugünə kimi Bəxtiyarı müdafiə etdiyim üçün hər kəsdən üzr istəyirəm. Bəxtiyarla bağlı canfəşanlıq etdiyim üçün cəmiyyətin gözündə zərrə qədər də olsa, bir düşüncə yaranıbsa. o insanları qınamıram, onlara haqq verirəm. Mən şərəfimlə, ləyaqətimlə öz mübarizəmdəyəm. Bəxtiyarı küçə söyüşlərilə söyməmək üçün özümü zorla saxlayıram. Adam nə qədər əxlaqsız, ləyaqətsiz və dəyərsiz ola bilərmiş, İlahi. Ən əsası, belə bir adamı biz necə müdafiə etmişik? Bəxtiyarı müdafiə etdiyim, müdafiə etməyənləri qınadığım üçün hamınızdan üzr istəyirəm. Gələn dəfə kimisə müdafiə edəndə azı 10 dəfə düşünəcəm. Bəxtiyarı bundan sonra müdafiə edən hər kəs elə Bəxtiyarın tayıdır. Ya əxlaqsızdır, ya da kimdənsə “paket” alır”.