-
- 4-03-2023, 18:29
- 415
Azərbaycan Qazaxıstandan buğda idxalını 2 dəfədən çox artıb
Azərbaycan 2022-ci ilin iyul-dekabr aylarında Qazaxıstandan 169,9 min ton buğda idxal edib.
News24.az xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Qazaxıstandan ən çox buğdanı Özbəkistan (1 milyon 586,7 min ton; illik müqayisədə 17,8 % çox) idxal edib. Onu Tacikistan (624,1 min ton; 11,3 % çox), Əfqanıstan (426,5 min ton; 74,2 % çox), Azərbaycan (169,9 min ton; 2,2 dəfə çox) və Türkmənistan (143,5 min ton; 31 % az) izləyib. Beləliklə Azərbaycan Qazaxıstandan buğda idxal edən ölkələr arasında ilk 5-likdə qərarlaşıb.
Ümumilikdə bu mövsümdə Qazaxıstanın buğda ixracı illik müqayisədə 7 % artaraq 3,2 milyon tona çatıb və son 4 mövsümün rekord göstəricisi qeydə alınıb.