"Xəyanət bir xətadırsa, dünyanı uçurtmamalıyıq" - Tünzalə Ağayeva
    • 6-03-2023, 11:49
    • 7 644

"Xəyanət bir xətadırsa, dünyanı uçurtmamalıyıq" - Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva News24.az-ın qonağı olub. 

Sənətçi Xalq artisti Aygün Kazımova ilə illər sonra barışmasından danışaraq bildirib ki, münasibətləri üçüncü tərəf sayəsində pozulub. 

Daha sonra Tünzalə Ağayeva qeyd edib ki, “Bakı Payızı” müsabiqəsi yenilik gətirəcək və müasir standartlara uyğun olacaqsa, yenidən başlamalıdır. 
Qadın-kişi münasibətlərindən və xəyanətdən də danışıb. O qeyd edib ki, xəyanətə görə hər zaman münasibət  pozulmamalı, ailə dağıdılmamalıdır. 

Tünzalə Ağayevanın News24.az-a müsahibəsini təqdim edirik:


Könül İBRAHİM 
Nicat Niftəliyev