Güclü külək bu rayonlarda fəsadlar törətdi
    • 6-03-2023, 16:30
    • 247

Güclü külək bu rayonlarda fəsadlar törətdi

Güclü külək Quba və Qusar rayonlarında bir sıra fəsadlar törədib.

News24.az xəbər verir ki, külək hər iki rayonda bəzi ərazilərdə ağacları və elektrik dirəklərini aşırıb. Rayon Fövqəladə Hallar komissiyalarından verilən məlumata görə, elektrik enerjisində yaranan fasilələr aradan qaldırılıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.