"Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir" - İlham ƏIiyev
    • 6-03-2023, 16:41
    • 166

"Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir" - İlham ƏIiyev

Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Azərbaycan dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb.