-
- 7-03-2023, 11:15
- 252
Zelenski onları işdən çıxardı
Ukrayna prezidenti Vladimir Zelenski bəzi rəhbər işçiləri vəzifəsindən azad edib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna liderinin fərmanlarına əsasən, idarə rəisinin müavini Aleksandr Yakuşev tutduğu vəzifədən uzaqlaşdırılıb.Təhlükəsizlik Xidmətinin Sumı vilayəti üzrə departamentinin rəhbəri Eduard Fedorov və Zaporojye vilayəti üzrə Boris Bezrukiy də işdən çıxarılıb.
Bundan başqa, dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma idarəsinin rəisi İqor Nosko və iqtisadi təminat şöbəsinin müdiri Aleksandr Provotorov vəzifəsindən azad edilib.