Ramzan Kadırovun atı OĞURLANIB: 1,3 milyon...
    • 7-03-2023, 18:11
    • 113

Ramzan Kadırovun atı OĞURLANIB: 1,3 milyon...

Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus olduğu iddia edilən saf ingilis cinsi olan ayğır atı oğurlanıb.

News24.az xəbər verir ki, məlum olub ki, hücum edənlər Zazou adlı atı Krabçitse kəndindəki tövlədən qaçırıblar.

“Oğurluq yəqin ki, martın 3-dən 4-nə keçən gecə baş verib. Görünür, naməlum şəxs tövlədəki qapıdan təhlükəsizlik zəncirini çıxararaq damazlıq ayğırı aparıb”, - polisin sözçüsü Pavel Kofrov İdnes bildirib.

Məlumata görə, 16 yaşlı ayğırın qiyməti 400 min kron (təxminən 29 min 250 manat) təşkil edir. Heyvanın alnında ağ ulduz şəklində işarənin olduğu, sağ arxa ayağının baldırının altındakı hissəsinin də ağ rəngdə olduğu qeyd edilib.

Məlumdur ki, 2012-ci ildə alınan bu at bir neçə başqa atla birlikdə Çexiyanın beynəlxalq sanksiyalar əsasında dondurduğu əmlakın bir hissəsi idi.

Ramzan Kadırov heyvanlara olan sevgisi ilə tanınır. Müxtəlif hesablamalara görə, onun tövləsində Rusiyada və xaricdə mütəmadi olaraq yarışlarda iştirak edən yüzdən çox at var. 2021-ci ilin aprelində Çeçenistan rəhbəri respublikanın ən yüksək səviyyədə damazlıq atların nüfuzlu yarışlarını təşkil edəcəyini bəyan edib. Bu məqsədlə Qroznı yaxınlığında elit atların yerləşdirilməsi üçün yeddi tövlə tikilib.//lent.az