Ötən ay Azərbaycana gələn turistlərin sayı açıqlandı
    • 7-03-2023, 18:34
    • 138

Ötən ay Azərbaycana gələn turistlərin sayı açıqlandı

Ötən ay ölkəyə 113 473 turist gəlib.

News24.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Belə ki, 2022-ci ilin fevralında ölkəyə gələnlər 76 376 nəfər təşkil edib.

Ən çox turist Rusiya (35 067), Türkiyə (23 714), İran (10 228), Gürcüstan (6584), Hindistan (4653) və Pakistandan (3864) gəlib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisə etdikdə bu ilin fevralında Türkiyə (6 faiz), Cənubi Asiya (33 faiz), Cənub Şərqi Asiya (44 faiz) və Afrikadan (21 faiz) gələnlərin sayında artım müşahidə olunub.