Araz FM-dən özəl təbrik: 8 Mart, 8 kompozisiya
    • 8-03-2023, 18:52
    • 184

Araz FM-dən özəl təbrik: 8 Mart, 8 kompozisiya

Xəzər Media Mərkəzinin Araz FM radiosu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müğənni Rəsul Əfəndiyevlə birlikdə yeni layihə ərsəyə gətirib.

Azərbaycanın 8 qadın bəstəkarının sevilən mahnıları bu dəfə Rəsul Əfəndiyevin özünəməxsus  ifasında dinləyicilərə təqdim olunub. Yaradıcılığı ilə şöhrət qazanmış Azərbaycan bəstəkarları - Səfiqə Axundovanın, Elza İbrahimovanın, Ruhəngiz Qasımovanın, Nailə Mirməmmədlinin, Aygün Səmədzadənin, Gövhər Həsənzadənin, Elza Seyidcahanın və Zivər Ağayevanın ən məşhur mahnılarından ibarət kompozisiya dinləyicilər üçün bayram sürprizi olub.