Ötən il instagramda 10 milyondan çox baxış yığanlardan bir neçəsi - FOTO
    • 1-02-2019, 12:39
    • 1 230

Ötən il instagramda 10 milyondan çox baxış yığanlardan bir neçəsi - FOTO

Heç kimə sirr deyil ki, instagramda daha çox məşhurlar populyardırlar.

Onların paylaşımları sosial şəbəkələrdə həmişə Top 10-luqdadır. Ancaq vaxt dəyişir. İndi məşhurlarla adi bir yumurta da rəqabətə girə bilir. Yumurta nədir ki, daha nələr-nələr məşhurların əməlli başlı rəqibinə çevrilib. Adi bir insan sıradan bir şəkil paylaşar və o şəkil gözlənilmədən çox sayda bəyənilərək, hər hansı məşhurun postunu kölgədə qoya bilər. Belə hallar bugünkü gündə istisna deyil. 

Bu yazıda oxuculara yola saldığımız 2018-ci ildə dünyaca məşhur və qeyri-məşhurların instagramda paylaşılmış 10 milyondan çox bəyəni yığan ən maraqlı bir neçə fotolarını təqdim edirik:

Selena Qomez ona donor olan yaxın rəfiqəsi ilə - 10.7 mln.

Kriştianu Ronaldo arvadı ilə yaxtada öpüşərkən - 11.7 mln.

Castin Biberin Heyli Bolduinlə nişanlandığını elan etdiyi foto - 13.4 mln.

Faciəvi şəkildə həlak olan reper Mak Miller - fotonu Ariana Qrande paylaşıb - 12.8 mln.

Beyons əkizlərə hamilə ikən - 11.2 mln

Kayli Cenner qızını dünyaya gətirdikdən 1 ay sonra - 13 mln

Az müddət əvvəl vəfat etmiş reper XXXTentacionаnın sonuncu paylaşımı - 13.8 mln.

Və nəhayət yumurta - 50 mln.

Düşünməyin ki, insanlar dəli olub. Ötən il hələ də anonim qalmağa üstünlük verən bir kəs akkaunt yaradaraq, yumurta şəkli qoydu. Bəlkə də ilk baxışdan şəkil adama adi gəlir. Ancaq nə möcüzədirsə, yumurta bütün tanınmışları kölgədə qoyaraq ən çox bəyəni toplamağı bacardı. Bu məqamda adamın ağlına yalnız bir fikir gəlir: kimliyindən, statusundan asılı olmayaraq, var olmadan var olacağın şey ən üstünüdür - hətta adi toyuq yumurtası da olsa belə...

Azər NƏSİBOV