Şəhid ailəsi böyük məbləğdə pul itirdi - VİDEO
    • 9-03-2023, 15:41
    • 138

Şəhid ailəsi böyük məbləğdə pul itirdi - VİDEO

2020-ci ildə Şuşanın azad olunduğu gün şəhidlik zirvəsinə ucalan Oqtay Məmmədovun ailəsi 12 min manat pul itirib.

News24.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə mart ayının əvvəlində baş verib.

Şəhid Oqtay Məmmədovun anası Rübabə Məmmədova deyir ki, onlar mart ayının 3-də ailəvi Gəncədən Bakıya gəliblər. Həmin vaxt onun çantasında 12 min manat pul olub. Bakıya çatdıqdıqdan bir gün sonra çantasında olan pulun itdiyini görüb. O, pulun naməlum şəraitdə itdiyini bildirir.
Küllü miqdarda pulun gözlənilmədən itməsi şəhid ailəsini çətin duruma salıb.

Pulu tapan şəxs və ya şəxslərdən  050 339 88 00 mobil nömrəsi ilə əlaqə saxlamaları xahiş edilir.

Qeyd edək ki, şəhid Oqtay Məmmədov 2020-ci ilin sentyabr ayında döyüşlərə könüllü qoşulub. Oqtay Məmmədov  şəhadətindən sonra ''Vətən Uğurunda'', ''Cəsur Döyüşçü'' və ''Şuşanın azad olunmasına görə'' medalları ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: