“Toppuş bacı”nın qızı səhnədə - VİDEO
    • 9-03-2023, 17:02
    • 1 415

“Toppuş bacı”nın qızı səhnədə - VİDEO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra tamaşada oynayıb. 

News24.az xəbər verir ki, bunla bağlı aktrisanın həyat yoldaşı Röyal məlumat yayıb. O bildirib ki, qızının yer aldığı tamaşa bir neçə gün əvvəl nümayiş olunub:

"05.03.2023 tarixini unutmadığım kimi, 22.01.2023 tarixini də (Tünzalə Əliyevanın vəfat etdiyi gün) unutmayacağam. Biri həyatımın ən xoş, digəri isə ən bədbəxt günüdür. İllərlə səni səhnədən izlədim. İndi isə sənin məndə olan yadigarını səhnədə izləmək şərəfinə nail oldum. Azərbaycan Dövlət Kukla Teatrının kollektivinə - başda Rəşad Əhmədzadə olmaqla, Səidə Haqverdiyeva (rejissor - red.) və ilk gündən yanımızda olan Ülviyyə Əliyevaya (aktrisa - red.) təşəkkür edirəm. Bizə ailə oldular.

Tünzalə Əliyeva bir də bu dünyaya gəlməyəcək, mən sənə gələcəyəm. Amma kim bilir, bəlkə səhnəyə "Toppuş bacı" gələcək (Sənin məndə olan yadigarın)".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.//axşam.az