"Qazaxıstanda Heydər Əliyevin 100 illiyi qeyd ediləcək"
    • 9-03-2023, 18:11
    • 161

"Qazaxıstanda Heydər Əliyevin 100 illiyi qeyd ediləcək"

Heydər Əliyevin Qazaxıstan üçün çox böyük qiyməti var, ölkəmizdə 100 illiyi qeyd ediləcək.

News24.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib.

Darxan Kidirali deyib ki, Heydər Əliyev Azərbaycan xalqının, Türk dünyasının böyük övladıdır, Qazaxıstan üçün də çox böyük qiyməti var: “Heydər Əliyev Qazaxıstanın çətin günlərində böyük şairimiz Abay Kunanbayevin yubileyində iştirak edib. Heydər Əliyevlə bağlı Qazaxıstanda xatirələr çoxdur. Heydər Əliyevin 100 illiyi ilə bağlı Qazaxıstanda konfranslar keçiriləcək, haqqında film olacaq”.