Şəkinin polis rəisi vəzifəsindən azad edildi

Şəkinin polis rəisi vəzifəsindən azad edildi Gündəm
Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

News24.az xəbər verir ki,  bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.