Ölkənin 25 milyard kub su ehtiyatı var - Rafiq Aslanov

Ölkənin 25 milyard kub su ehtiyatı var - Rafiq Aslanov Gündəm
Ölkədə mövcud olan su ehtiyatlarının 94,5 faizi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən paylanılır. 5 faizi "Azərsu" ASC, 0,5 faizi də digər formada paylanılır.

News24.az
xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, ölkənin 25 milyard kub su ehtiyatı var: "Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır".