Bakıda atışmada yaralananların vəziyyəti açıqlandı
    • 10-03-2023, 15:40
    • 388

Bakıda atışmada yaralananların vəziyyəti açıqlandı

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralananların vəziyyətini açıqlayıb.

Mərkəzdən News24.az-ın sorğusuna cavab olara bildirilib ki, yaralananların vəziyyəti stabildir:

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.
Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.