"Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək"
    • 13-03-2023, 12:53
    • 357

"Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.

News24.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb:

"Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamantimizin xüsusi nümayəndəsi (Ramin Məmmədov - red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.