-
- 13-03-2023, 14:15
- 804
Bu ərzaq məhsulları yenidən BAHALAŞACAQ
"Qarşıdakı aylarda ərzaq məhsullarının qiymətinin artacağı gözlənilir".
Bunu News24.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, qiymət artımları qaçılmazdır:
"Ukrayna və Rusiya dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan ölkələrdir. İki ölkə arasında münaqişə ərzaq məhsullarının qiymətinə ciddi təsir göstərib və müharibə davam etdikcə də göstərəcək. Hətta müharibə bitdikdən 6 ay sonra da qiymət artımları davam edəcək".
Ekspert əlavə edib ki, qarşıdakı aylarda Azərbaycanda ərzaq məhsullarının qiymətinin yenidən artacağı gözləniləndir:
"Gündəlik tələbat, əsasən, ərzaq məhsulları bahalaşacaq. Konkret olaraq yağ, ət və təmizlik məhsullarını deyə bilərik. Hansı ki, bu məhsulların ya xammalı, ya da özü idxaldan asılıdır. Sadaladığımız məhsullarda qiymət artımı il boyu davam edəcək. Yəni bu məhsullar üzrə olan infilyasiya göstəriciləri daha yuxarı səviyyədə olacaq. Çörəyin qiymətində isə hər hansı artım gözlənilmir".
Qumral Əliyeva