“Daxili intriqalarına görə peşəkarları itirirlər”
    • 14-03-2023, 13:43
    • 811

“Daxili intriqalarına görə peşəkarları itirirlər”

ATV kanalının aparıcısı Mehin Hümbətova Əməkdar artisti Nərgiz Cəlilovanın AzTV ilə yollarını ayırmasına münasibət bildirib. 

News24.az xəbər verir ki, bu barədə o, feysbukda şərh yazıb. 

“Təəssüf ki, bəzən televiziya kanalları öz daxili intriqalarına görə belə peşəkarları itirirlər. Nərgiz xanım Azərbaycan televiziyasının ikonasıdır. Çox sevinirəm ki, Nərgiz xanım kimi şəxsiyyətlə həmsöhbət olmaq mənə qismət olub”,- deyə  qeyd edib.//olay.az