Seyidovdan Qarabağ ermənilərinə: Bu şansı qaçırmayın!
    • 14-03-2023, 16:20
    • 326

Seyidovdan Qarabağ ermənilərinə: Bu şansı qaçırmayın!

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.

News24.az xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

“İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”.
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.