Rusiyada azərbaycanlı iş adamı güllələndi
    • 2-02-2019, 13:46
    • 2 109

Rusiyada azərbaycanlı iş adamı güllələndi

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Bildirilir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. 

R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. İş adamının cənazəsi ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

//Report