Bu universitetin bütün əməkdaşlarına pul veriləcək
    • 15-03-2023, 14:53
    • 486

Bu universitetin bütün əməkdaşlarına pul veriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək.

News24.az xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20 faizi dəyərində pul mükafatı veriləcək.

Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.