Bakı Avtovağzalına yeni direktor təyin edildi
    • 15-03-2023, 17:07
    • 356

Bakı Avtovağzalına yeni direktor təyin edildi

Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.

News24.az-ın məlumata görə, bu vəzifəyə Qəhrəman Qələndərov təyinat alıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Q. Qələndərov ötən gündən etibarən vəzifəsinin icrasına başlayıb.

Q. Qələndərovun daha əvvəl Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.