“Aytacı vurdu, sonra başqa maşınla toqquşdu”
    • 16-03-2023, 10:00
    • 347

“Aytacı vurdu, sonra başqa maşınla toqquşdu”

Rəqqasə Fatimə Fətəliyeva yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan köməkçisi Aytac Bayramzadə haqda danışıb.

News24.az xəbər verir ki, bu barədə sənətçi olay-a məlumat verib. O bildirib ki, Aytacın vəziyyəti yaxşı deyil:

“Musa Nağıyev adına xəstəxanada komadadır. Ancaq Aytacı “Mərkəzi Klinika”ya keçirtmək lazımdır. Çünki vəziyyəti o qədər də yaxşı deyil. Şükür ki lap kritik vəziyyətdən çıxıb. Maşın vurub, amma sahibi qaçmayıb. Aytacı vurub sonra keçib, başqa maşınla toqquşub. Dəhşət bir şeydir (ağlayır – red.). Biz çəkilişdə idik, oradan taksiyə mindi, ad gününə getdi. Mən də evə getdim. Mən də həmin ad günündə olmalı idim. Amma evə getməliydim. O da çəkilişdən qızdırma ilə çıxıb, o halda getdi. Gecə 12 radələrində baş verib. Birinci mənə zəng ediblər”.

Qeyd edək ki, hadisə 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.