“Sən xəstəxanaya düşəndə Bakıda deyildim”
    • 16-03-2023, 15:21
    • 310

“Sən xəstəxanaya düşəndə Bakıda deyildim”

Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib. 

News24.az xəbər verir ki, o, ustad aktyorun anım günü olduğunu bildirib:

“Rafa, heyif sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik, amma gec oldu”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.//olay.az