-
- 16-03-2023, 18:03
- 654
Nazim: “Kişi müğənnilər qeybət etməkdə xanımları keçiblər”
“Kişi müğənnilər bu gün qeybət etməkdə qadın müğənniləri də keçiblər…”
News24.az xəbər verir ki, bunu “Şou-biznesdə daha çox kişi müğənnilər qeybət edir, yoxsa qadın müğənnilər?” sualını cavablandırırkən tanınmış müğənni Nazim Pişyari Yenicag.az-a a açıqlamasında deyib.
Sənət cameəsində qeybətin getdikcə çoxaldığını deyən Nazim son vaxtlar bu prosesdə kişi sənətçilərin xanım müğənniləri kölgədə qoyduğunu bildirib:
“Qeybət qadınlara yaraşır, kişilərə yox. Şou-biznes cameəsində qadınlar daha çox qeybət edir, nəinki kişilər. Bu da paxıllıq, gözgötürməzlikdən irəli gəlir. Məsələn, biri plastik əməliyyat etdirib, zahiri görünüşünü dəyişir. O saat dedi-qodular başlanır. Deyirlər, buna bax, getdi orasını-burasını kəsdirdi, şişirtdi, mən niyə etməməliyəm? Yaxud da rişxənd edirlər ki, ona bax, yekə arvaddır, utanmır, bu yaşında ora-burasını kəsdirir və s… Amma kişi müğənnilər bu gün qeybət etməkdə qadın müğənniləri də keçiblər. Kişilər elə qeybət edir ki, vay-vay-vay, Allah qorusun. Amma əsl kişilər yenə də ağır oturub, batman gəzirlər”.