Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib
    • 16-03-2023, 20:14
    • 233

Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Qəzada 4 avtomobil toqquşub.

Xəsarət alan bir nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə BMW markalı minik avtomobilinin iştirakı ilə baş verib.

Qeyd edək ki, həmin nəqliyyat vasitəsinin sürücüsü avtoyuma məntəqəsinin işçisi olub.

O, müştərisinin etibarından sui-istifadə edərək avtomobili idarə edib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.