"İmtahan zalına bıçaq, qumbara keçirmək istəyənlər oldu" - Məleykə Abbaszadə
    • 17-03-2023, 11:15
    • 207

"İmtahan zalına bıçaq, qumbara keçirmək istəyənlər oldu" - Məleykə Abbaszadə

"İmtahanlarda qaydaların pozulması və buna cəhdlər göstərilməsi hər zaman olur. DİM üçün vacibdir ki, hər bir abituriyentin imtahan zalında normal şərait olsun. Bunun üçün İmtahan binasına keçən bütün abituriyentlər yoxlanılır. Bu, həm də təhlükəsizlik üçündür".

News24.az
xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi brifinqdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, yaxın keçmişdə imtahan zalına soyuq silah, qumbara keçirmək istəyən şəxslər də olub:

"Biz bu kriminal xronikanı heç vaxt şişirməmişik, ictimaiyyətə təqdim etməmişik. Bu nüansları müvafiq qurumlara tədbir görülməsi üçün demişik".