Taleh Yüzbəyov: ““Əbəjdadını“ söyün, zəhmət olmasa...“
    • 17-03-2023, 11:46
    • 264

Taleh Yüzbəyov: ““Əbəjdadını“ söyün, zəhmət olmasa...“

Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq olunub.

News24.az xəbər verir ki, aktyor bu barədə "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, adından saxta səhifələr açılaraq insanları aldatmağa çalışanlar peyda olub:

"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".