28 uşaq bioloji ailələrinə qaytarıldı

28 uşaq bioloji ailələrinə qaytarıldı Gündəm
2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yaşayan şagirdlərdən 28 nəfəri bioloji ailəsinə qaytarılıb.

News24.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, 78 uşaq yerli icra hakimiyyətlərinin müvafiq sərəncamlarına əsasən Elm və Təhsil Nazirliyinin göndərişi ilə dövlət uşaq müəssisələrinə yerləşdirilib.

Övladlarına qayğı göstərə bilməyən ailə və uşaqların rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 4 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə yönləndirilib.