Deputatdan həkim və müəllimlərin təqaüdə üçün yaş həddi ilə bağlı təklif
    • 17-03-2023, 14:15
    • 292

Deputatdan həkim və müəllimlərin təqaüdə üçün yaş həddi ilə bağlı təklif

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin işdən çıxarılması üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.

News24.az xəbər verir ki, deputat həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxmağın vacibliyini vurğulayıb.

Əhliman Əmiraslanov bildirib ki, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddini istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğundur:

"Naizrlər Kabinetindən bu məsələni nəzərə alınmasını xahiş edirəm”.