Asəf Zeynallının məzarı bərbad vəziyyətdədir - FOTO
    • 19-03-2023, 16:35
    • 291

Asəf Zeynallının məzarı bərbad vəziyyətdədir - FOTO

Tarzən Humay Qədimova mərhum Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarı ilə bağlı paylaşım edib. Paylaşımda məzarın bərbad vəziyyətdə olduğunu göstərən fotolar da yer alıb.

Paylaşımda bildirilib: "Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin.
Mən təxmini 3- ay bundan öncə mərhum bəstəkar Asəf Zeynallınin məzarını ziyarət etdim. Çox yazmayacam. Baxımsız vəziyyətdədir. Bir neçə gün öncə yenə də ziyarət etdim. Bu kişi cəmi 23 il ömür yaşadı amma bu balaca ömrə böyük Azərbaycan mədəniyyəti yaratdı.
Lazımı Hörmətli şəxslərə müraciətimi etmişəm məzarın bərpası ilə bağlı. İnşallah yaxın zamanda paylaşacam.
Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, mən Asəf Zeynallı adına kollecin məzunuyam və 15 ildir həmin kollecin müəlliməsiyəm. Allah rəhmət etsin! "