-
- 20-03-2023, 12:29
- 712
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.