Bayram günü Azərbaycanın bəzi rayonlarına yağış yağıb - FAKTİKİ HAVA
    • 20-03-2023, 15:22
    • 342

Bayram günü Azərbaycanın bəzi rayonlarına yağış yağıb - FAKTİKİ HAVA

Martın 20-də bəzi yerlərdə arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, yağan yağıntının miqdarı: Naxçıvanda 15.0 mm, Sədərəkdə 14.0 mm, Şərurda 13.0 mm, Ordubadda 7.0 mm, Şahbuzda 6.0 mm, Culfa, Gədəbəydə 2.0 mm, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1.0 mm-dək olub.

Duman: Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında müşahidə olunub, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Naxçıvanda 16°-dək isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 20°-dək isti olub.

Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz xoş, mülayim yaz havası gözlənilir.