Gədəbəydə 1 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb
    • 21-03-2023, 17:50
    • 279

Gədəbəydə 1 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Gədəbəydə meyit tapılıb.

Hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb. /APA/