Yevlaxda qəza baş verdi: - xəsarət alanlar var

Yevlaxda qəza baş verdi: - xəsarət alanlar var Gündəm
Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.