-
- 22-03-2023, 15:30
- 334
İran əsgərləri Novruzu qeyd edən azərbaycanlıları güllələdi: Onlarla yaralı var
İranda molla rejiminin insanlara divanı davam edir.
“Azad İran” telegram kanalının məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərində repressiv hökumət qüvvələri Novruzu qeyd etmək üçün küçələrə çıxanlara atəş açıb, nəticədə 30-dan çox insan yaralanıb. O da qeyd olunub ki, yaralananların əksəriyyəti qadın və uşaqlardır.
Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, Tehran rejimi ölkədə davam edən narazılıqların qarşısını almaq və etiraz aksiyalarında iştirak edənlərin həbslərini qanuniləşdirmək üçün yeni qərar qəbul edib. Belə ki, hava, su və quru nəqliyyatlarında, şəxsi avtomobildə, ictimai məkanlarda və iş yerlərində hicabsız qadınlar kamera vasitəsi və insan qüvvəsi tərəfindən aşkarlanacaq. Həmin şəxs cərimə və həbs ediləcək, üstəlik bank hesabları dondurulacaq.//apa.az