Oqtay Əliyevlə vida mərasimi keçirilir - - FOTOLAR- YENİLƏNDİ
    • 23-03-2023, 10:47
    • 574

Oqtay Əliyevlə vida mərasimi keçirilir - - FOTOLAR- YENİLƏNDİ

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi başlayıb.

Sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dünən O.Əliyevin idarə etdiyi "Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV