"Dilarə xanım hələ də qəbul edə bilmir ki, Oqtay yoxdur"
    • 23-03-2023, 11:00
    • 2 217

"Dilarə xanım hələ də qəbul edə bilmir ki, Oqtay yoxdur"

"Hadisə ilə bağlı istəməzdim danışam. Dilarə xanım, bir balaca özünə gəlsin və hər bir xəbərləri özü verəcək".

Bu fikirləri News24.az-a açıqlamasında aktrisa Sonaxanım Əliyeva deyib.

"Dilarə xanım şokdadır. Düzdür, yüngül xəsarətləri var. Ancaq hələ də qəbul edə bilmir ki, Oqtay yoxdur. Dözə bilmir. Çünki ayın 20-si biz çəkilişdə idik. Sanki bilmirəm təsadüf idimi?! Həmin günü yalnız Oqtay müəllimdən danışırdı. Nə qədər Dilarə xanım ona güvənirdi, arxa-dayaq idi. Hadisə baş verən günü Novruz bayramı çəkilişindən gəlirdilər". 

Aktrisa mərhumun səhhəti ilə bağlı da məlumat verib:

"Oqtay müəllim ürəklə bağlı əməliyyat keçirtməyib. Sadəcə ola bilər ki, təzyiqi var idi. Dilarə xanım bütün bunlara cavab verəcək. Oqtay müəllimə Allah rəhmət etsin. Atasına, atasına, bütün ailə üzvlərinə səbr diləyirəm".

Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV