Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
    • 23-03-2023, 11:13
    • 307

Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

News24.az xəbər verir ki, o, bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.